...

Bakı Beynəlxalq Qadınlar Klubu ənənəvi Milad bazarı keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2013 15:55 (UTC +04:00)
Bakı Beynəlxalq Qadınlar Klubu 19-cu illik xeyriyyə Milad bazarını təşkil edir.
Bakı Beynəlxalq Qadınlar Klubu ənənəvi Milad bazarı keçirəcək

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

Bakı Beynəlxalq Qadınlar Klubu 19-cu illik xeyriyyə Milad bazarını təşkil edir. Klubdan çərşənbə günü Trend-ə verilən məlumata görə, tədbir noyabrın 17-də, saat 11:00-dan 17:00-dək "Hyatt Regency" hotelinin "Kishmish" zalında keçiriləcək. Bir biletin qiyməti 2 manat təşkil edir. Biletlər artıq satışdadır.

Bakının ən böyük və möhtəşəm Milad bazarında qonaqlar unikal əl işlərini əldə edə və lotereyada, habelə viktorinalarda iştirak edə bilərlər. Onlara alkoqolsuz içkilər və ləziz şirniyyat təklif olunacaq. Uşaqlar sevdikləri Şaxta Baba ilə şəkil çəkdirib, şən vaxt keçirə biləcəklər. Tədbirdə Bakı Beynəlxalq Qadınlar Klubunun tərəfdaşlıq etdiyi bir sıra xeyriyyə təşkilatlarının, habelə biznes strukturlarının nümayəndələri də iştirak edəcəklər.

Bakı Beynəlxalq Qadınlar Klubu Milad bazarını "The Hyatt", "ILK Construction", "The JW Marriott Absheron Hotel", "Coca-Cola", "Gymboree", "The Fairmont Hotel", "Bakcell", "Red Communications" PR və BTL Agentliyi, "The Jumeirah Beach Resort" və "The Four Seasons Hotel"in dəstəyi ilə həyata keçirir.

Ətraflı məlumat almaq və ya tədbirdə könüllü, sponsor və ya stend sahibi kimi iştirak etmək üçün bu e-mail ünvanına müraciət edin: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti