...

Azərbaycan və Polşa arasında avtomobil nəqliyyatı üzrə hökumətlərarası saziş imzalanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2013 15:29 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan və Polşanın Nəqliyyat nazirlikləri arasında beynəlxalq avtomobil nəqliyyatı sahəsində hökumətlərarası saziş imzalanıb.
Azərbaycan və Polşa arasında avtomobil nəqliyyatı üzrə hökumətlərarası saziş imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir H.Vəliyev/

Bu gün Bakıda Azərbaycan və Polşanın Nəqliyyat nazirlikləri arasında beynəlxalq avtomobil nəqliyyatı sahəsində hökumətlərarası saziş imzalanıb.

Trend-in məlumatına görə, sazişi Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və polşalı həmkarı Slavimir Novak imzalayıblar.

Azərbaycanlı nazir qonaqları ölkədə həyata keçirilən infrastruktur və nəqliyyat layihələri, eləcə də regional layihələrdə respublikanın mühüm rolu barədə məlumatlandırıb.

Z.Məmmədovun sözlərinə görə, imzalanmış sazişin həm Azərbaycanla Polşa arasında yükdaşımalarda, həm də üçüncü ölkələrə yüklərin nəqlində vacib rol oynayacaq:

"Biz yükdaşıyanlar üçün kifayət qədər əlverişli şəraitin yaradılması məqsədilə bu sahədə əlaqələrimizi genişləndirmək niyyətindəyik. Azərbaycan əsas məqsədi ölkənin beynəlxalq aləmə inteqrasiyası olan iddialı layihələrə malikdir. Biz əməkdaşlığa tamamilə hazırıq və bu cür görüşlərin müntəzəm keçirilməsini zəruri hesab edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti