...

Sergey Lebedev: MDB səmərəli iqtisadi əməkdaşlıq üçün unikal platformadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Noyabr 2013 11:07 (UTC +04:00)
MDB məkanında səmərəli iqtisadi əməkdaşlıq üçün unikal platforma yaradılıb.
Sergey Lebedev: MDB səmərəli iqtisadi əməkdaşlıq üçün unikal platformadır

Azərbaycan, Bakı, 15 noyabr /Trend, müxbir E.Əliyev/

MDB məkanında səmərəli iqtisadi əməkdaşlıq üçün unikal platforma yaradılıb. Trend-in məlumatına görə, bu barədə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev cümə günü Bakıda MDB ölkələrinin VI Beynəlxalq Bank Konfransının açılışında bildirib.

S.Lebedev deyib ki, MDB məkanında üzv ölkələr arasında səmərəli iqtisadi əməkdaşlığı təmin edən effektiv müxtəlif səviyyəli inteqrasiya formalaşıb: "Bu əməkdaşlığın nəticələrini Birlik ölkələrinin ümumi xarici ticarət dövriyyəsində də görmək olar. Həmin dövriyyə 2011-ci illə müqayisədə ötən il 3 faiz artaraq 1,277 trilyon dollar təşkil edib. Cari ilin yanvar-iyul ayları ilə müqayisədə bu göstərici cari qiymətlərlə 710,6 milyard dollar olub".

Onun sözlərinə görə, MDB ölkələrinin iqtisadi inkişafı asan olmayan xarici şəraitlərdə baş verir: "2008-2009-cu illərin qlobal böhranı Birlik ölkələrinin iqtisadiyyatlarının qlobal tendensiyalardan asılı olduğunu aydın şəkildə göstərdi. Bununla əlaqədar Bakıda, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, MDB ilə əməkdaşlığa böyük əhəmiyyət verən ölkənin - Azərbaycanın paytaxtında keçirilən bu konfransın bütün iştirakçılar üçün çox məhsuldar olacağına ümidimi ifadə etmək istərdim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti