...

Fransız brendi ilə Parisdə Yeni il

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2013 14:03 (UTC +04:00)
Peugeot brendi Yeni ili Parisdə keçirəcək azərbaycanlı cütlükləri seçdi. Oktyabrın 15-dən noyabrın 15-dək Peugeot alanlar arasında keçirilmiş lotoreyanın son uduşu Peugeot salonunda oynanıldı.
Fransız brendi ilə Parisdə Yeni il

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Peugeot brendi Yeni ili Parisdə keçirəcək azərbaycanlı cütlükləri seçdi. Oktyabrın 15-dən noyabrın 15-dək Peugeot alanlar arasında keçirilmiş lotoreyanın son uduşu Peugeot salonunda oynanıldı.

"Bu bileti qazanıb-qazanmamağınızdan asılı olmayaraq, artıq Fransadasınız - hər bir Peugeot sahibi hər dəfə avtomobilinə oturanda özünü Eyfel qülləsində zənn edir", - deyə münsiflər heyətinin üzvü, Antenn Radiosunun "Meqapolis" verilişinin aparıcısı Dr. Ziya Peugeot sahiblərinə müraciət etdi. Aparıcı müşahidələrinin ona bu brend haqqında yüksək fikirdə olmağa imkan verdiyini qeyd etdi:"Fransanın enişli yoxuşlu yollarında illərdir ki, sınanmış bu brend ehtiyyat hissələrinin dözümlülüyü və keyfiyyətinə görə qiymətlərinin çox sərfəli olması ilə tələbkar avropalıların sevimlisidir.Azərbaycanda isə yüksək peşəkar servis xidmətləri ilə təqdim olunan Peugeot rəsmi təmsil olunduğu çox qısa bir vaxtda alıcıların ürəklərini fəth etməyi bacarıb".
Salonun müdiri Emin İsmayılovPeugeot-nunavropalılar kimi, artıq Azərbaycan alıcılarının da sevimlisinə çevrildiyini bildirdi.

İlk baxışdan dizaynı ilə cəlb edən Peugeot avtomobillərinin qənaətcil, dözümlü olmasını,minimum karbon qazı tullantıları ilə ətraf mühitə qayğı ilə yanaşdığını bildirən saln müdiriFransa zəmanətindən də danışdı. Bildirdi ki, Peugeot avtomobillərinin yüksək keyfiyyətini təmin etmək üçün "Fransaistehsalınazəmanət" tətbiq edir. Bu zəmanətistehsalının 50%-dənçoxuFransazavodlarına aid olanmodellərəverilir.
Lotoreyanın 2 qalibindən biri olan Eldəniz Qasımov aldığı Peugeot 301 modelinin ona gətirdiyi bu sürprizi böyük sevinclə qarşıladı. Ailəsi ilə Yeni ili Parisdə qarşılamaq fürsəti verən bu fransız brendinə təşəkkür edən qalib avtomobilindən razılığını da bildirdi.

Qeyd edək ki, Peugeot brendini ölkəmizdə Auto Azərbaycan şirkəti təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti