...

Diplomat: ABŞ Türkiyənin timsalında Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2013 16:47 (UTC +04:00)
ABŞ Türkiyə ilə iqtisadi əməkdaşlığın yaxşı təcrübəsinə malikdir və bu təcrübəni Azərbaycana da tətbiq etmək istərdi. Trend-in məlumatına görə, bunu ABŞ-ın Türkiyədəki səfirliyinin ticarət məsələləri üzrə müşaviri Maykl Lalli Bakıda keçirilən Azərbaycan-ABŞ biznes forumunda deyib.
Diplomat: ABŞ Türkiyənin timsalında Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir E.Əliyev/

ABŞ Türkiyə ilə iqtisadi əməkdaşlığın yaxşı təcrübəsinə malikdir və bu təcrübəni Azərbaycana da tətbiq etmək istərdi. Trend-in məlumatına görə, bunu ABŞ-ın Türkiyədəki səfirliyinin ticarət məsələləri üzrə müşaviri Maykl Lalli Bakıda keçirilən Azərbaycan-ABŞ biznes forumunda deyib.

M.Lalli bildirib ki, Türkiyədə Amerika kapitallı 1300-ə yaxın şirkət fəaliyyət göstərir: "Onların fəaliyyəti həm enerji, həm də iqtisadiyyatın qeyri-neft sektorunu, eləcə də bir çox digər sahələrini əhatə edir. Ölkələr arasında əmtəə dövriyyəsi iki dəfə - 2011-ci və 2012-ci illərdə rekord həddə çatıb. ABŞ Türkiyə ilə uğurlu əməkdaşlığın timsalında Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır".

Forumun təşkilatçılarına minnətdarlığını bildirən müşavir azərbaycanlı sahibkarları Türkiyəyə cavab səfərinə dəvət edib.

Diplomat bildirib: "Biz Azərbaycandan olan şirkət və sahibkarları 2014-cü ilin mayında Türkiyəyə dəvət edirik, burada onlar bu ölkədə fəaliyyət göstərən ABŞ-ın 15-20 şirkətinin nümayəndələri ilə görüşə, əlaqələr qura və əməkdaşlığın perspektivlərini müzakirə edə bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti