Azərbaycan, Bakı, 10 dekabr /Trend/
Moody's İnvestors Service beynəlxalq reytinq agentliyi "Xalq Bank" ASC-nin uzunmüddətli milli və xarici valyutada olan öhdəliklər reytinqini B3-dən B2-dək yüksəldib. Agentlik bankın E+ sərbəst maliyyə dayanıqlığı (BFSR) və B3 Not Prime qısamüddətli milli və xarici valyutada olan öhdəliklərini yenidən təsdiqləyib. Qeyd olunan reytinqlər stabil proqnoza malıkdirlər
"Xalq Bank" ASC-nin perspektivlərini dəyərləndirən Moody's təhlilçiləri bəyan ediblər ki, pozitiv proqnoz bankın bazarda mövqelərinin möhkəmlənməsi, yüksəkgəlirliliyi, aktivlərin keyfiyyəti, yüksək kapitallaşma səviyyəsi kimi amillərə əsaslanır və qarşıdakı 12-18 ay ərzində bankın maliyyə resurslarının diversifikasiyası, aktivlərin yüksək keyfiyyəti, gəlirlik və kapitallaşma reytinqə daha da pozitiv təsir göstərə bilər.