...

Azərbaycanda ödəniş kartlarının dövriyyəsi 13 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2013 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir E.Əliyev/

Azərbaycanda ödəniş kartlarının sayı oktyabrda cüzi artaraq (sentyabrla müqayisədə 0,3 faiz) 5,363 milyon ədədə çatıb.
2012-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə isə kartların sayı 8 faiz artıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatında deyilir.

Oktyabrda bankomat və POS-terminallar vasitəsilə ödəniş kartları üzrə ümumi dövriyyə 901 milyon manat (il ərzində 13,3 faiz artım), əməliyyatların ümumi sayı isə 6,101 milyon ədəd (18,7 faiz) təşkil edib.

Debet kartlar üzrə əməliyyatların ümumi sayı 4,96 milyon ədəd, dəyəri isə 741 milyon manat olub.

Ölkə daxilində debet kartlar üzrə əməliyyatların ümumi sayından bankomatlar vasitəsilə 673 milyon manat məbləğində 4,129 milyon, POS-terminallar vasitəsilə 49 milyon manat məbləğində 579 min əməliyyat yerinə yetirilib.

2013-cü ilin oktyabrında kredit kartları üzrə 160 milyon manat məbləğində 1137 min əməliyyat həyata keçirilib.

Hesabatda deyilir ki, kredit kartları ilə bankomatların köməyi ilə aparılan əməliyyatların ümumi həcmindən 80 milyon manat həcmində 341 min əməliyyat, POS-terminallar vasitəsilə isə 49 milyon manat məbləğində 579 min əməliyyat yerinə yetirilib.

2013-cü il noyabrın 1-nə olan məlumata əsasən, ölkədə 2397 ədəd bankomat fəaliyyət göstərib, onlardan 1351-i Bakıda, 1046-sı isə ölkənin digər şəhər və rayonlarında yerləşir.

Bankomatların ümumi sayı il ərzində 171 ədəd və ya 7,7 faiz artıb.

2013-cü il noyabrın 1-nə olan məlumata görə, POS-terminalların sayı 35 039 ədəd təşkil edib ki, onlardan 30 897 ədədi Bakıda, 4142 ədədi isə digər şəhər və rayonlarda yerləşir.

POS-terminalların sayı 2012-ci ilin oktyabr ayı ilə müqayisədə 1616 ədəd və ya 4,4 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti