...

İstehlak bazarında 300 kq-a yaxın ərzaq malları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2013 21:00 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları aşkar edilib
İstehlak bazarında 300 kq-a yaxın ərzaq malları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 16 dekabr /Trend/

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları aşkar edilib

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Binəqədi və Xətai rayonlarında, Gəncə, Sumqayıt, Ağcabədi, Xudat, Quba, Göygöl şəhərlərində, Abşeron və Lənkəran rayonlarında aparılan yoxlamalar zamanı 300 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ-texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti