...

İsveçrə 2014-cü ilin avtomobillərini seçdi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2013 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

2014-cü il fransız avtomobil brendi Peugeot üçün uğurlu gəlir. Xüsusilə, Peugeot 308 modeli yeni ildə daha çox satışlar vəd edir. Avtomobil mütəxəssislərinin qiymətləndirmələri bunu söyləməyə imkan verir. Tələbkar İsveçrə bazarına təqdimatından ay yarım sonra Peugeot 308 "İlin İsveçrə avtomobili" adını alıb. Alman dilli "Schweizer Illustrierte" həftəlik jurnalının İsveçrə, fransız və italyan dillərində olan buraxılışları ilə birgə təltif etdiyi bu adı jurnalistlər, mütəxəssislər, avtomobil yarışı ustalarından ibarət böyük bir jüri heyəti təqdim edib. 12 ayda İsveçrə bazarına təqdim olunmuş 37 yeni avtomobil modelini təhlil edən jüri Peugeot 308, BMW i3 və Tesla S modelini ilin ən yaxşıları seçib.

Avtomobil daha bir mükafatını - Fransanın əsas avtomobil eksperti olan L`Argus mükafatını isə kompakt və ailə avtomobili kateqoriyasında birinciliyinə görə qazanıb. Bu mükafat Peugeot 2008-ə SUV kateqoriyasında təqdim olunub.

Ümumiyyətlə, Peugeot-nun bu iki modeli İrlandiya, İtaliya və Xorvatiyada da 2014-cü ilin avtomobil mükafatları ilə təltif olunub. Hər iki model EURO NCAP sınaqlarından ən yüksək reytinqlə - 5 ulduzla çıxıb.

Peugeot modellərinin nüfuzunu satışlar da təsdiqləyir - satışa çıxmasından 3 ay keçməsinə baxmayaraq, Peugeot 308 Avropada 26000 ədəd satılıb. Yeni Peugeot 2008-in satışı isə təkcə Fransada 24000 ədədi aşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti