Azərbaycan, 29 dekabr /Trend/
Bank Respublika ölkənin aparıcı avtomobil saytı olan auto.az resursu ilə birgə əməkdaşlığını genişləndirdi. İndi auto.az saytında avtomobil seçərkən "BU AVTOMOBİLİ KREDİTLƏ AL!" linki istifadəçilərə konkret avtomobili kreditlə almaq imkanı təklif ediləcək.
Bankın bazar günün yaydığı məlumata görə, bu linkdən birbaşa Bank Respublika-nın internet səhifəsinə keçid baş verir və interaktiv kalkulyator avtomatik qaydada seçilən modelə uyğun kredit şərtlərini ətraflı göstərir. Həmçinin, burada kredit şərtləri alıcının istəyinə uyğun optimmaşdırıla bilər.
İndi seçilən avtomobil kreditini Bankın istənilən filialına kredit ərizəsini göndərməklə onlayn sifariş etmək də mümkün oldu.