Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir E.Əliyev/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Garnet" ASC-nin 3,196 milyon manat həcmində sənədsiz, adlı səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Bu barədə QKDK-dan Trend-ə daxil olan məlumatda bildirilir.
Məlumata görə, qiymətli kağızların miqdarı hər birinin nominal dəyəri iki manat olan 1,598 ədəddir.
Hazırda müəssisənin nizamnamə kapitalı 4 min manat təşkil edir, emissiyanın yerləşdirilməsindən sonra kapital 3,2 milyon manata çatdırılacaq.
Səhmlərin yerləşdirilməsinin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.