...

"DəmirBank" Almaniya İnvestisiya və İnkişaf Şirkəti ilə subordinasiya krediti müqaviləsi imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2014 12:24 (UTC +04:00)
"DəmirBank" Almaniya İnvestisiya və İnkişaf Şirkəti (DEG) ilə subordinasiya kreditinin cəlb olunmasına dair razılaşma imzalayıb.
"DəmirBank" Almaniya İnvestisiya və İnkişaf Şirkəti ilə subordinasiya krediti müqaviləsi imzalayıb

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

"DəmirBank" Almaniya İnvestisiya və İnkişaf Şirkəti (DEG) ilə subordinasiya kreditinin cəlb olunmasına dair razılaşma imzalayıb.

Trend-in xəbərinə görə, bankın cümə axşamı yaydığı məlumatda deyilir ki, Almaniyada imzalanan müqaviləyə əsasən, DEG tərəfindən 10 il müddətinə "DəmirBank" üçün 12 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb. Kreditin məqsədi ikinci dərəcəli kapitalın artımıdır və "DəmirBank" bu məbləği kiçik və orta biznesin kreditləşməsinə yönəldəcək.

Bu müqavilə "DəmirBank" ilə DEG arasında olan 4-cü razılaşmadır. "DəmirBank" və DEG 2007-ci ildən əməkdaşlıq edir və ümumilikdə qurum tərəfindən 21 milyon ABŞ dolları məbləğində vəsait cəlb olunub.

"DəmirBank" kredit proqramları üzrə 20-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Bu sırada Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Asiya İnkişaf Bankı, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), Qara Dəniz Ticarət və İnkişaf Bankı, Alman-Azərbaycan Fondu, DEG Almaniya İnvestisiya Şirkəti, OFID Beynəlxalq İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, USAID və digər beynəlxalq təşkilatları qeyd etmək olar.

Ölkənin ilk kommersiya bankı olan "DəmirBank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. "DəmirBank" Fitch Ratings agentliyinin "stabil" proqnozlu "B" və Planet Rating agentliyinin "pozitiv" proqnozlu "B" reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti