...

Taner Yıldız: Türkiyə uran zənginləşdirmək niyyətində deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2014 08:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə AES-də istifadə etmək üçün uran zənginləşdirmək niyyətində deyil. Bunu ölkənin energetika və təbii sərvətlər naziri Taner Yıldız ölkə diplomatları qarşısında çıxışı zamanı bildirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Anadolu" agentliyi xəbər verir.

Yıldızın sözlərinə görə, Türkiyənin uran zənginləşdirmək niyyətində olması barədə məlumat həqiqətəuyğun deyil və ölkəni yeni böhrana sürükləməyə yönəlib.

Bundan əvvəl bir sıra yerli kütləvi informasiya vasitələrində guya Türkiyənin uranı zənginləşdirməyə hazırlaşdığı barədə məlumat verilmişdi.

Türkiyədə VVEP-1200 tipli reaktora malik dörd enerji blokunun daxil olduğu ilk "Akkuyu" AES Rusiyanın layihəsi əsasında tikiləcək. Stansiyanın inşasına dair saziş 2010-cu ilin mayında imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti