...

2013-ci ildə 13 qrant müqaviləsi qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2014 18:32 (UTC +04:00)
Azərbaycan Prezidentinin 2004-cü il 12 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları”na müvafiq olaraq, kommersiya hüquqi şəxslərin müraciətləri əsasında İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2013-ci il ərzində 9 kommersiya hüquqi şəxsin 13 qrant müqaviləsi (qərarı) qeydiyyata alınıb.
2013-ci ildə 13 qrant müqaviləsi qeydə alınıb

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Azərbaycan Prezidentinin 2004-cü il 12 fevral tarixli fərmanı ilə təsdiq edilmiş "Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları"na müvafiq olaraq, kommersiya hüquqi şəxslərin müraciətləri əsasında İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2013-ci il ərzində 9 kommersiya hüquqi şəxsin 13 qrant müqaviləsi (qərarı) qeydiyyata alınıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qeydiyyata alınmış qrant müqavilələrinin (qərarlarının) ümumi məbləği müxtəlif valyutalarda olmaqla 419 950 manat və 711 725 ABŞ dolları təşkil edib.

Qrant vəsaitləri etnik poeziyanın və atalar sözlərinin tərcüməsi, dilçilik və mədəniyyətlə bağlı məlumatların toplanması, lüğətlərin hazırlanması və təkmilləşdirilməsi, seminarların təşkili, uşaq resursları inkişafı mərkəzinin yaradılması, avadanlıqlarla təchiz edilməsi, əlil və xüsusi ehtiyacı olan uşaqlara və ailələrinə tibbi məsləhətlərin, təlimlərin, sosial dəstəyin göstərilməsi, gənc könüllülər və jurnalistlər üçün Azərbaycanın ilk ekoloji interaktiv internet portalının yaradılması, fermerlərə, aztəminatlı ailələrə kənd təsərrüfatı üzrə məsləhətlərin göstərilməsi, təlimlərin keçirilməsi, təlim materiallarının hazırlanması, müxtəlif sənətkarlıq məhsullarının (dulusçuluq məmulatları, ipək parça, toxumalar, taxta və misdən hazırlanmış əl işləri və s.) regionlardan toplanması və satışı fəaliyyətinin genişləndirilməsi və s. bu kimi istiqamətlərə yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti