Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir E.Əliyev/
13-15 may 2015-ci il tarixlərində İsveçrənin Zürix şəhərində yerləşən Zürix Sərgi Mərkəzində İnvestisiya İdarəçiliyi Sərgisi (Investment Management Exhibition) keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında yerləşdirilmiş məlumatda deyilir.
Məlumatda bildirilir: "Birbaşa investisiyaların cəlb edilməsi məqsədilə keçiriləcək sərgidə "Xhafa Exhibition" təşkilatı Azərbaycanın iş adamlarını iştiraka dəvət edir".
Sərgidə iştirakla bağlı ətraflı məlumatı aşağıda göstərilən əlaqə vasitələri ilə əldə etmək olar:
Telefon: +49 621 762 24 933;
Faks: +49 621 762 25 933;
е-mail: [email protected]