...

Səfir: Belarusla Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq strateji səviyyədə qalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2014 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir S.Ağayeva/

2013-cü ildə Belarusla Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlıq strateji səviyyədə qalıb. Trend-in məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç ötən ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, istehsal kooperasiyası, tikinti, təhsil, səhiyyə, həmçinin elm və texnologiya sahələrində birgə layihələr ölkələr arasında əməkdaşlığın əsas prioriteti olaraq qalır: "2013-cü ildə Gəncə Avtomobil zavodu ilə traktor texnikasının birgə istehsalı, hazırda sınaqdan keçirilən avtobus və yedəkçilərin təcrübə partiyalarının yığımına dair əməkdaşlıq üzrə yeni layihələr meydana çıxıb".

Səfir deyib ki, həmçinin iki ölkə arasında əmtəə dövriyyəsinin səviyyəsi də artmaqda davam edir.

Belarusun Milli Statistika Komitəsinin məlumatına görə, 2013-cü ilin yanvar-noyabrında ölkələr arasında əmtəə dövriyyəsi 2012-ci ilin analoji dövrü ilə müqayisədə 63 faiz artaraq 268,6 milyon dollar təşkil edib.

Patskeviç deyib: "Belarus Azərbaycanla uzunmüddətli əməkdaşlığa köklənib və bu, qardaşcasına münasibətlərə əsaslanır. Bu tapşırığı bizim qarşımızda dövlət başçıları qoyublar və onlar dəfələrlə qeyd ediblər ki, əməkdaşlığın potensialı çox böyükdür".

Diplomatın sözlərinə görə, növbəti ildə ölkələrin əldə etmək niyyətində olduqları əmtəə dövriyyəsinin səviyyəsi 300 milyon dollar təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti