...

Mərkəzi Bank: Azərbaycanda avtomobil kreditləşməsinin dayandırılmasına dair rəsmi göstəriş olmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2014 07:00 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) avtomobil almaq üçün verilən kreditlərin dayandırılması haqqında banklara heç bir rəsmi göstəriş verməyib. Bunu Trend-ə AMB-nin mətbuat xidmətinin rəhbəri Namiq Əliyev deyib.
Mərkəzi Bank: Azərbaycanda avtomobil kreditləşməsinin dayandırılmasına dair rəsmi göstəriş olmayıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.Əliyev/

Azərbaycan Mərkəzi Bankı (AMB) avtomobil almaq üçün verilən kreditlərin dayandırılması haqqında banklara heç bir rəsmi göstəriş verməyib. Bunu Trend-ə AMB-nin mətbuat xidmətinin rəhbəri Namiq Əliyev deyib.

Onun sözlərinə görə, bu məsələyə dair rəsmi formada heç bir qərar qəbul edilməyib: "Bu, ölkənin kommersiya banklarının sərbəst həyata keçirdiyi kredit siyasəti ilə bağlıdır".

Tənzimləyici bəzi ekspertlərin AMB tərəfindən əhali üçün avtomobil kreditləşməsinin məhdudlaşdırılması, hətta dayandırılması ilə bağlı narahatlıqlarına reaksiya verib. Məsələ ilə bağlı fikirlərini bölüşən ekspertlər hesab edirlər ki, belə addım bu cür kreditlər üzrə vaxtı ötmüş ödənişlərin səviyyəsi ilə bağlı narahatlığa əsaslana bilər.

Ekspertlər qeyd edirlər ki, belə məhdudlaşdırmanın tətbiq edilməsi bank sektoruna (ölkədə avtomobil kreditləşməsinin populyarlığı nəzərə alınmaqla), həmçinin sığorta və avtomobillərin pərakəndə satışı bazarına mənfi təsir göstərə bilər. Ölkədə avtonəqliyyat vasitələrinin böyük hissəsinin kreditlər hesabına aılnmasını nəzərə ansaq, sığorta şirkətləri avtonəqliyyat vasitələrinin könüllü sığortası polisləri üzrə itkilərlə üzləşə bilərlər. Bu sığorta növü üzrə polislərin həcmi satış həcmlərinin azalmasından sonra azalacaq.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Ramil Osmanlı hesab edir ki, bu addım ölkədə avtomobillərin qiymətinin aşağı düşməsinə səbəb ola bilər: "Bu, mütləq qiymət azalmasına gətirib çıxaracaq. Hazırda avtomobillərin təqribən 60 faizi kredit hesabına satılır. Avtomobil almaq arzusunda olanların əksəriyyətinin avtomobili dərhal almaq imkanları yoxdur, buna görə də onlar kreditə əl atırlar. İndi bu imkan məhdudlaşdırılıb. Müvafiq olaraq, satıcılar qiyməti aşağı salmağa məcbur olacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti