Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir S. Ağayeva/
Belarus iqtisadiyyatına yatırılan Azərbaycan investisiyalarının illik səviyyəsi təqribən 10 milyon dollar təşkil edir. Trend-in məlumatına görə, bunu Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç jurnalistlərə deyib.
Səfir bildirib: "Biz Azərbaycana zəruri texnika təqdim etməyə hazırıq. Bunu bizim ölkə iqtisadiyyatına qoyulan investisiyalarımız hesab etmək olar. Biz iş yerləri açırıq və hazırda Gəncə Avtomobil Zavodunda təqribən 800-1000 iş yeri yaradılıb".
S.Patskeviçin sözlərinə görə, hazırda Azərbaycan və Belarus tikinti sahəsində də fəal əməkdaşlıq edirlər: "Belarus şirkətləri Azərbaycana divar kağızları, dəmir-beton məmulatları tədarük edirlər, layihələndirmə sahəsində xidmətlər göstərirlər".