...

Nəqliyyat Nazirliyi Bakıda iri prospektlərdən birinin yenidən qurulmasına hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2014 12:30 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi 2014-cü ilin mayında Ziya Bünyadov prospektinin yenidən qurulmasını başa çatdırmağı planlaşdırır.
Nəqliyyat Nazirliyi Bakıda iri prospektlərdən birinin yenidən qurulmasına hazırlaşır

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycan Nəqliyyat Nazirliyi 2014-cü ilin mayında Ziya Bünyadov prospektinin yenidən qurulmasını başa çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

Onun sözlərinə görə, Ziya Bünyadov prospektinin yenidən qurulması başa çatdıqdan sonra Nəqliyyat Nazirliyi Babək prospektində yenidənqurma işlərinə başlamağı planlaşdırır.

Nazir müavini deyib ki, hazırda yenidənqurma işlərinin layihəsi üzərində iş gedir. Onun sözlərinə görə, prospektdə işlərin aparılması zamanı hərəkətin qismən və ya tam məhdudlaşdırılması barədə layihələndirmə başa çatdıqdan sonra danışmaq olar: "Babək prospekti ölkənin mühüm nəqliyyat "damarı"dır, ona görə də onun yenidən qurulması vacibdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti