...

Azərbaycanın istehlak bazarında 800 kq-a yaxın yararsız ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2014 19:29 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir.
Azərbaycanın istehlak bazarında 800 kq-a yaxın yararsız ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakının Nəsimi, Səbail, Xətai, Qaradağ rayonlarında, Sumqayıt, Gəncə, Xırdalan, Şəki, Ucar, Kürdəmir, Yevlax, Xudat, İsmayıllı, Masallı, Cəlilabad, Qax şəhərlərində, Samux, İmişli, Xaçmaz, Zaqatala, Füzuli, Tərtər rayonlarında aparılan növbəti yoxlamalar zamanı ümumilikdə 780 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti