...

Dünya Bankı Azərbaycana vergi gəlirlərinin strukturuna yenidən baxmağı təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2014 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir A.Axundov/

Dünya Bankı (DB) Azərbaycanın vergi inzibatçılığı, eləcə də vergi sahəsində İT vasitələrinin tətbiqində uğurlarını təqdir edir. Trend-in məlumatına görə, bu barədə DB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşenko cümə günü Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən III Vergi Forumunda çıxışı zamanı deyib.

Onun fikrincə, bu tərəqqi Azərbaycan hökumətinin iqtisadiyyatın şaxələndirilməsi işinə böyük töhfədir.

Leşenko qeyd edib ki, buna baxmayaraq, vergi mütəxəssislərinin, habelə Azərbaycanın ciddi addımlar atmaq niyyətində olduğu transfert qiymətlərinin tənzimlənməsi sahəsində bacarıqların artırılması zərurəti mövcuddur: "Bu gün Azərbaycan iqtisadiyyatın bir çox sahələrində vergi güzəştləri təqdim edir. Bu, şirkətlərin fəaliyyəti, xüsusilə də onların maliyyə vəziyyətinin yaxşılaşdırılması baxımından çox faydalıdır. Güzəştlərin olmaması bu şirkətlərin kredit tarixlərinin formalaşmasına kömək edə, onları yeni maliyyə mənbələri axtarmağa vadar edə bilərdi".

Onun sözlərinə görə, Azərbaycan vergi gəlirlərinin strukturuna yenidən baxa və yeni vergi mənbələri axtara, eləcə də mövcud olanları optimallaşdıra bilər. O, həmçinin neft şirkətlərini öz səmərəliliyini göstərən Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EITI) qoşulmağa çağırıb.

Bakıda III Vergi Forumu fevralın 6-da öz işinə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti