...

İkinci həyat sığortası şirkəti İcbari Sığorta Bürosuna daxil oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2014 19:21 (UTC +04:00)
"Qala Həyat" Sığorta Şirkəti ASC İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığortaçıların reyestrinə daxil edilib.
İkinci həyat sığortası şirkəti İcbari Sığorta Bürosuna daxil oldu

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir A.Axundov/

"Qala Həyat" Sığorta Şirkəti ASC İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığortaçıların reyestrinə daxil edilib.

Trend-in Büroya istinadən verdiyi məlumata görə, "Qala Həyat" ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növünü həyata keçirmək üçün İSB-nin iştirakçı sığortaçıların reyestrinə daxil edilib.

Bununla da "Qala Həyat" İSB-nin 14-cü iştirakçı şirkəti olub. Bundan başqa, İSB-yə Paşa Həyat Sığorta, Paşa Sığorta, Atəşgah Sığorta Şirkəti, Standard Insurance Sığorta Şirkəti, AtaSığorta, Xalq Sığorta, AXA MBASK Sığorta Şirkəti, Azsığorta, Alfa Sığorta, "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti, Meqa Sığorta, İpək Yolu Sığorta və Azərbaycan Sənaye Sığorta daxildir.

Qeyd edək ki, yaxın vaxtlarda "Atəşgah Həyat"ın İSB-yə qoşulacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti