...

Ticarət və sənaye naziri: Botsvana azərbaycanlı iş adamları üçün lazımi şərait yaratmağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2014 15:57 (UTC +04:00)
Botsvana azərbaycanlı iş adamları üçün lazımi şəraitin yaradılmasına hazırdır. Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Botsvana Respublikasının ticarət və sənaye naziri Dorkas Makqato-Malesu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Cənubi Afrika regionuna səfəri çərçivəsində keçirilən görüşdə bildirib.
Ticarət və sənaye naziri: Botsvana azərbaycanlı iş adamları üçün lazımi şərait yaratmağa hazırdır

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir S.Əhmədova/

Botsvana azərbaycanlı iş adamları üçün lazımi şəraitin yaradılmasına hazırdır. Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Botsvana Respublikasının ticarət və sənaye naziri Dorkas Makqato-Malesu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Cənubi Afrika regionuna səfəri çərçivəsində keçirilən görüşdə bildirib.

Nazir qeyd edib ki, sərmayə mühiti xarici investorlar üçün çox əlverişlidir.

Görüşdə E.Məmmədyarov həmsöhbətinə Azərbaycan iqtisadiyyatı, ölkəmizin təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.

Həmçinin görüşdə Azərbaycanla Botsvana arasında ticarət-iqtisadi münasibətlərin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Bunun üçün iki ölkə arasında hüquqi bazanın yaradılması, iş adamlarından ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti