...

Bakıda saxta reklamdan istifadə etməklə istehlakçıları aldadan daha bir mağaza aşkarlandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2014 13:34 (UTC +04:00)
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb.
Bakıda saxta reklamdan istifadə etməklə istehlakçıları aldadan daha bir mağaza aşkarlandı

Azərbaycan, Bakı, 6 mart /Trend/

Bakıda saxta reklamdan istifadə etməklə istehlakçıları aldadan daha bir mağaza aşkarlandı.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 44A, 1954-cü məhəllə ünvanında fiziki şəxs Süleymanov Cahid Saday oğluna məxsus mağazada aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyənləşdirilmişdir.

Belə ki, mağazanın pəncərələrində "70%-ə qədər endirim" məzmunlu reklamlar yerləşdirilsə də, mağazada satışda olan malların qiymətinə endirim tətbiq edilmədiyi, malların üzərində endirimin tətbiqi barədə heç bir məlumatın (qiymətin) qeyd olunmadığı aşkar edilmişdir. Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən olunmuşdur.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılmışdır.
Qanun pozuntusuna yol vermiş Cahid Süleymanov barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti