...

Azərbaycan iqtisadiyyatında keçid proseslərinin reallaşdırılmasına İsveçrənin töhfəsi təxminən 97 milyon dollardır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2014 13:00 (UTC +04:00)
İsveçrə Azərbaycan iqtisadiyyatında keçid proseslərinin reallaşdırılmasına, eləcə də ölkənin maliyyə sektorunda islahatlara 85 milyon İsveçrə frankından çox (1 CHF = 1,1388 USD) sərmayə yatırıb.
Azərbaycan iqtisadiyyatında keçid proseslərinin reallaşdırılmasına İsveçrənin töhfəsi təxminən 97 milyon dollardır

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E.Əliyev/

İsveçrə Azərbaycan iqtisadiyyatında keçid proseslərinin reallaşdırılmasına, eləcə də ölkənin maliyyə sektorunda islahatlara 85 milyon İsveçrə frankından çox (1 CHF = 1,1388 USD) sərmayə yatırıb. Trend-in məlumatına görə, bu barədə İsveçrənin Cənubi Qafqaz üzrə İqtisadi əlaqələr üzrə Dövlət Katibliyinin (SECO) regional direktoru Matias Feldmann Bakıda kapital bazarının iştirakçıları üçün Treninq Mərkəzinin açılışında bildirib.

M.Feldmann deyib: "Biz həmçinin kapital bazarının müasirləşdirməsinin layihəsi çərçivəsində Dünya Bankı və Azərbaycanın dövlət strukturları ilə daimi əməkdaşlıq edirik. İsveçrə bu sahədə kifayət qədər təcrübəyə malikdir və bu layihə ölkənin maliyyə sektorunun inkişafına dəstəyimizin mühüm hissəsidir".

Onun sözlərinə görə, maliyyə sektorunda islahatların aparılması iqtisadi inkişafın təmin olunmasında böyük rol oynayır: "Həmin islahatların keçirilməsi zaman tələb edən mürəkkəb prosesdir. Bu mənada Treninq Mərkəzinin açılması Azərbaycan hökumətinin kapital bazarında islahatların həyata keçirilməsində doğru yolda olmasının sübutudur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti