Azərbaycan, Bakı, 17 mart /Trend/
"Unibank" bayramın gəlişi münasibətilə müştərilərinə Novruz hədiyyəsi edir.
Bankdan Trend-ə daxil olan məlumata görə, bu gündən martın 19-dək və martın 24-dan 26-dək istənilən "Unibank" filialına müraciət edən müştərilərə kredit komissiyalarında 50% endirim ediləcək. Üstəlik, bütün müştərilər kreditlərdə 6%-dək endirimdən istifadə edə biləcəklər.
Komissiyaya 50% endirimli Novruz kreditindən hər kəsin faydalanması üçün "Unibank" filialları əksər bayram günlərində də müştərilərinin xidmətində olacaq. Qeyri-iş günlərində - martın 24-dən etibarən müştərilər "Unibank" filiallarına müraciət edə bilərlər.
Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək Azərbaycan Respublikasının hər bir vətəndaşı şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əməkhaqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əməkhaqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə Unibank-dan 7500 AZN-dək və 48 ay müddətədək kredit götürə bilər.
"Unibank" 34 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibank-ın filialları şənbə günlərini də tam iş qrafiki üzrə çalışır. Filiallar nahar fasiləsiz işləyir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.