...

Gələcəkdə Azərbaycanın su təchizatı sisteminə investisiyalar 12 milyard dolları ötəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2014 18:04 (UTC +04:00)
1997-ci ildən bu günədək "Azərsu" ASC tərəfindən dövlət büdcəsi və beynəlxalq maliyyə institutlarının vəsaitləri hesabına su təchizatı sisteminə üç milyard manatdan artıq investisiya qoyulub. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.
Gələcəkdə Azərbaycanın su təchizatı sisteminə investisiyalar 12 milyard dolları ötəcək

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir A.Axundov/

1997-ci ildən bu günədək "Azərsu" ASC tərəfindən dövlət büdcəsi və beynəlxalq maliyyə institutlarının vəsaitləri hesabına su təchizatı sisteminə üç milyard manatdan artıq investisiya qoyulub. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ASC-nin sədri Qorxmaz Hüseynov bildirib.

Onun sözlərinə görə, gələcəkdə bu sahəyə investisiyalar təqribən 10 milyard manat təşkil edəcək.

Azərbaycanın regionlarının və Bakı qəsəbələrinin inkişafı üzrə dövlət proqramı çərçivəsində "Azərsu" ölkənin 8 rayonunda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını başa çatdırıb, 52 rayonda isə işlər davam etdirilir.

Q.Hüseynov qeyd edib ki, 38 rayonda iş gedir, 14 rayonda layihələndirmə işləri başa çatıb və tenderlər elan edilib: "2014-cü ilin sonuna kimi həmin yerlərdə işlərə başlanacaq. Bundan əlavə, Abşeron yarımadasında çirkab suların idarə olunması üçün ümumi uzunluğu 600 kilometrdən artıq olan kanalizasiya kollektorlarının çəkilişi davam edir. Bakıda kanalizasiya sistemi yalnız şəhərin mərkəzi hissəsində mövcuddur ki, bu da həddindən artıq köhnəlib. Biz xətlərin bərpası ilə məşğuluq, kollektor şəbəkəsi və təmizləyici qurğular quraşdırırıq".

Onun sözlərinə görə, yağış sularının Bakı küçələrində nəticələrinin aradan qaldırılması üçün "Azərsu"nun əməkdaşları kollektorların 70 faizindən çoxunu təmizləyiblər: "Paralel olaraq yağış barmaqlılarının vəziyyətinin monitorinqini aparırıq, bir çox yerlərdə onlar ümumiyyətlə yoxdur və ya tamamilə tutulub. Bundan əlavə, iqlim dəyişiklikləri ilə əlaqədar bu sistemin nəzərdə tutmadığı belə həcmdə yağıntılar daha tez-tez düşür. Sistemi tez bir zamanda yenidən qurmaq həm texniki, həm də maddi baxımdan çətindir".

ASC sədrinin qeyd etdiyi kimi, su təchizatı xətlərinin yenilənməsi zamanı ilk növbədə Sovet dövrünün mərtəbəli evlərinə fikir verilir: "Şirkət səkkiz min belə evdən minində su infrastrukturunu yeniləyib. Bunun sayəsində Bakının "Azərsu"nin xidmət göstərdiyi əhalisinin 78 faizi fasiləsiz su ilə təmin edilir. Bu, smart-kartların tətbiqinə imkan verir. Dövriyyədə artıq 140 min kart var və onların ümumi sayı 700 mini ötməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti