...

Azərbaycanda sığorta şirkətlərinin birləşdirilməsinə tələblər təsdiqləndi

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2014 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir E.Əliyev/

Azərbaycanda sığorta şirkətlərinin birləşdirilməsinin bəyənilməsi proseduru üçün lazım olan materialların və sənədlərin siyahısı təsdiq edilib. Trend-in məlumatına görə, Maliyyə Nazirliyinin müvafiq qərarı ötən gün Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində dərc edilib.

Eləcə də birləşdirilmənin həyata keçirilməsi üçün şirkətlər müraciət olunan anda qüvvədə olan bütün müqavilələr və onlar üzrə yığımlarının həcmi haqqında məlumat verməlidirlər.

Bundan başqa, şirkətləri birləşdirmək istəyənlər Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinə son 3 il ərzində öz aralarındakı əməkdaşlıq, ümumiləşdirilmiş maliyyə hesabatları haqqında məlumat verməli, eləcə də hüquqi şəxslərin dövlət reyestrindən çıxarışlar təqdim etməlidirlər.

Sığorta şirkətlərinin birləşdirilməsi praktikası bütün dünyada tətbiq olunur, lakin Azərbaycanda indiyədək belə fakt qeydə alınmayıb. Bu gün sığorta şirkətlərinin konsolidasiyası sığorta bazarının kapitallaşmasının yeni qrafikinin təsdiqlənməsi ilə əlaqədar Azərbaycan üçün aktual məsələdir.

Maliyyə Nazirliyinin qərarı ilə "non-life" üzrə çalışan sığorta şirkətlərinin ümumi kapitalının minimum məbləğinə tələb beş milyon manat təşkil edir.

Nazirlik, habelə təkrar sığorta şirkətlərinin ümumi kapitalının minimum məbləğinə tələbi ikiqat artıraraq hazırkı 10 milyondan 20 milyon manata çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti