...

Azərbaycanda sement istehsalçısının qanun pozuntularına yol verdiyi müəyyənləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2014 09:37 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı bu sementlərin etiketində xalis çəkinin 50kq±2% göstərildiyi halda, faktiki çəkilərinin etiket göstəricisindən orta hesabla 2 kq az olduğu aşkar edilib.
Azərbaycanda sement istehsalçısının qanun pozuntularına yol verdiyi müəyyənləşdirilib

Azərbaycan, Bakı, 30 aprel /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Digah qəsəbəsində fəaliyyət göstərən "Tur-M" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan 400 markalı sementin istehsal edildiyi müəyyən olunub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı bu sementlərin etiketində xalis çəkinin 50kq±2% göstərildiyi halda, faktiki çəkilərinin etiket göstəricisindən orta hesabla 2 kq az olduğu aşkar edilib.

Bundan başqa, istehsalat sahəsində kisələrə qablaşdırılmış sementlərin çəkilməsi üçün müvafiq qaydada yoxlanılmamış və nişanlanmamış ölçü cihazlarından istifadə edildiyi müəyyən edilib.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən "Tur-M" MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti