Azərbaycan, Bakı, 19 may /Trend/
Hər il may ayının 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. "TuranBank" ölkəmizin muzey işçilərini bu münasibətlə təbrik edir və 19-21 may tarixləri aralığında onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.
Göstərilən tarixlərdə TuranBank-ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.
Kredit faizlərində endirim TuranBank-ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.
"TuranBank" müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bank "Gözünüz aydın!" aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kreditlərinin illik faizlərini endirib. Adıçəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla bankın istənilən filialında zaminsiz əldə etmək mümkündür.
Müştərilərinə maksimal rahat xidmət təklif etmək məqsədilə "TuranBank" Hesab.az elektron xidmətlər portalı ilə birgə həyata keçridiyi layihə çərçivəsində potensial müştərilərinə bankın kredit məhsullarını onlayn rejimdə Hesab.az saytı vasitəsilə sifariş etmək, mövcud kreditlərini isə ödəmək imkanı yaradıb. Müştərilər kreditlərin onlayn sifariş və ödənişini bankın rəsmi saytı vasitəsilə (www.turanbank.az) də həyata keçirə bilərlər.
"TuranBank" "Sirlər Xəzinəsi" kampaniyası çərçivəsində müştərilərinə yüksək gəlirliliyi ilə cəlbedici sayılan geniş çeşidli əmanət növlərini təklif edir.
Bankın beynəlxalq statuslu MasterCard plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. TuranBank-ın MasterCard məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda, bank əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.
Hazırda bank öz müştərilərinə Western Union, Contact, Zolotaya Karona, Privatmoney, Blizko, IBA-Express, Lider və Monex kimi geniş çeşidli təcili pulköçürmə sistemləri üzrə xidmət göstərir.
Bankın 14 xidmət nöqtəsi (onlardan 7-si regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz və Qazaxda olmaqla) və 18 valyuta mübadilə şöbəsi fəaliyyət göstərir.
TuranBank-ın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.