...

"Bakcell" şirkəti "İlin mobil internet provayderi" adına layiq görüldü (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2014 18:57 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti məşhur beynəlxalq “The Business Year” (TBY) nəşrinin mükafatına layiq görülüb.
"Bakcell" şirkəti "İlin mobil internet provayderi" adına layiq görüldü (FOTO)

Azərbaycan, Bakı, 29 may /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti məşhur beynəlxalq "The Business Year" (TBY) nəşrinin mükafatına layiq görülüb.

Azərbaycan Prezidenti Administrasiyası və TBY jurnalının təşkil etdiyi "The Business Year: Azerbaijan-2014" buraxılışının təqdimat mərasimində "Bakcell" şirkəti "İlin mobil internet provayderi" elan edilib.

"Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib: "Biz ilin mobil internet provayderi adına layiq görüldüyümüzə görə çox şadıq. Apardığımız araşdırmalar göstərir ki, biz mobil modem və kiçik ekranlı cihazlar üçün nəzərdə tutulmuş data xidmətləri sahəsində hələ də liderik, lakin bizim əsas məqsədimiz internetdən kompüterlərdə deyil, telefonlarda istifadə edilməsi tendensiyasının artırılmasına yönəlib. Həm Bakcell brendi, həm Sür@ ("Bakcell"in 3G xidməti) brendi ən keyfiyyətli mobil data və mobil internet xidmətləri ilə məşhurdur. Buna görə də qeyd olunan müsbət cəhətlərin yüksək keyfiyyətə və funksionallığa malik olan Bakcell brend telefonları ilə birləşdirilməsi bizim üçün uğurlu bir addım idi. Bazarın təxminən 45%-i Sür@ xidmətindən istifadə edir".

TBY jurnalının baş redaktoru Leland Rays bildirib: "Biz böyük məmnuniyyətlə "İlin mobil internet provayderi" mükafatını "Bakcell" şirkətinin rəhbəri Riçard Şirerə təqdim etdik. Mobil telefonlar üçün internet tətbiqetmələrinin inkişaf etdirilməsi informasiya texnologiyaları və rabitə sektorunu kökündən dəyişdirməklə yanaşı, həm də bizim iş və yaşayış tərzimizi həmişəlik dəyişdirib. "İlin mobil internet provayderi" mükafatının sahibi bu il Azərbaycanda bu fəaliyyətin təşəbbüskarı olub. Özlərinin brend mobil smartfonlarını təqdim etməklə, onlar internetin mobil telefonlarda istifadəsinin artırılmasına səbəb oldular və bunun nəticəsində internet trafikini 100 faiz artıra bildilər".

Böyük Britaniyanın "The Business Year"nəşri hər il bir sıra ölkələrdə ilin ən yaxşılarını mükafatlandırır. Jurnalın Azərbaycana həsr olunmuş ilk nəşri 2011-ci ildə çap edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti