...

Dəmir yolunun Padar-Sığırlı mənzilində 10,5 km yol əsaslı təmir olunur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2014 09:30 (UTC +04:00)
"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.
Dəmir yolunun Padar-Sığırlı mənzilində 10,5 km yol əsaslı təmir olunur (FOTO)

Azərbaycan, Bakı, 10 iyun /Trend/

"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 10 iyun 2014-cü ildə Padar-Sığırlı mənzilində 10,5 kmr yolun əsaslı təmirinə start verilib. Təmir işləri ayın sonuna kimi davam edəcək.

Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri və Infrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.

"Dəmiryolservis" MMC-nin baş mühəndisi Əfsələddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb və 500 metr köhnə yol sökülüb.

Qeyd edək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dşvlət Proqramı"nın icrası çərçivəsində Bakı-Büyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Arstafa sahəsinin 97-ci kilometrində start verilib, 10 dekabr 2013-cü ildə Arstafa- Poylu mənzilində 317-cü kilometrin əsaslı təmiri başa çatıb. Əsaslı təmir olunmuş 317 kilometr 800 metrlik uçunülçülü relslərlə (pletlərlə) əvəzlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti