...

ÜTT-yə üzvlüklə bağlı Azərbaycanla danışıqlara qoşulmuş ölkələrin siyahısı genişlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2014 12:43 (UTC +04:00)
İyunun 30-da Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması üzrə ikitərəfli danışıqların növbəti raundu başlayacaq.
ÜTT-yə üzvlüklə bağlı Azərbaycanla danışıqlara qoşulmuş ölkələrin siyahısı genişlənib

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ. Xəlilova/

İyunun 30-da Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması üzrə ikitərəfli danışıqların növbəti raundu başlayacaq. Bunu Trend-ə Azərbaycanın ÜTT-yə üzvlüyü üzrə danışıqlar qrupunun rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti həftə ərzində ən azı 7-8 ikitərəfli danışıqlar aparacaq: "Azərbaycanla danışıqlar aparmaq istəyində olan ÜTT-nin yeni üzvləri var. Onlar arasında Malayziya, Dominikan Respublikası və Hondurası qeyd etmək olar. Bundan başqa, ABŞ, Çin, Braziliya, Kanada ilə danışıqların keçirilməsi gözlənilir".

M.Məmməd-Quliyev əlavə edib ki, ÜTT katibliyində, xüsusilə təşkilatın yeni baş direktoru (Braziliyanın ÜTT-də keçmiş səfiri) Roberto Karvalyu de Azevedo ilə görüşlərin keçirilməsi planlaşdırılır: "Onunla rəsmi görüş hələ keçirilməyib".

Nazir müavininin sözlərinə görə, BMT-nin Ticarət və İnkişaf Konfransında, Beynəlxalq Ticarət Mərkəzində və s. yerlərdə bir sıra məsələlər üzrə məsləhətləşmələr aparılacaq: "ÜTT-nin iştirakçı ölkələri ilə ticarət və xidmətlər üzrə müzakirələr aparılacaq. Kənd təsərrüfatına dəstək üzrə çoxtərəfli danışıqların və ÜTT-nin işçi qrupu ilə görüşün ilin sonunda keçirilməsi planlaşdırılır".

M.Məmməd-Quliyev vurğulayb ki, Azərbaycan hökuməti 2011-2013-cü illərdə ölkənin aqrar kompleksində dəyişiklikləri nəzərə almaqla yeni cədvəl tərtib edib: "Hazırda biz bu təkliflər üzərində işləyirik və Cenevrədəki mütəxəssislərlə məsləhətləşmələrdən sonra onları katibliyə göndərəcəyik. Azərbaycan üçün əsas məsələ, həmçinin ÜTT-nin iştirakçı ölkələrinin suallarına cavab hazırlamaqdır, bunsuz təşkilatın işçi qrupu ilə görüş keçirilə bilməz. Cavablar sentyabrın əvvəlinə hazırlanacaq. Müvafiq olaraq, çoxtərəfli danışıqlar oktyabrın sonu - noyabrın əvvəlində keçirilə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti