...

Rusiya sığortaçısı tibbi və həyat sığortası sahəsində Azərbaycana yeni məhsullar təklif etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2014 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

Rusiyanın "SKOR təkrar sığorta" MMC Azərbaycanın həyat sığortası şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Bunu Trend-ə şirkətin təkrar həyat sığortası üzrə idarəçi direktoru Natalya Tarasova deyib.

N.Tarasova qeyd edib: "Biz MDB-nin digər ölkələrinin bazarından çox fərqlənən Azərbaycanın həyat sığortası bazarına böyük maraqla baxırıq. Bu, təbii ki, çox perspektivli və mütərəqqidir. Bundan başqa, bizim üçün cəlbedici olan digər istiqamət tibbi sığortadır".

Rusiya şirkətinin nümayəndəsi təəssüfləndiyini bildirib ki, "SKOR təkrar sığorta"nın hələ Azərbaycan bazarında tərəfdaşı yoxdur və əminliklə qeyd edib ki, gələcəkdə bu vəziyyət yaxşılığa doğru dəyişəcək: "Bizim Azərbaycanın həyat sığortası şirkətlərinə təklif edə biləcəyimiz çoxlu maraqlı məhsul və ideyalarımız var. Biz görürük ki, bazarda klassik sığortadan başqa, ağır xəstəliklər və tibbi xəstəliklərin qarşılanmasına böyük tələbat var. Əgər onları bir yerə toplayıb birgə satsaq, bu təkcə həyat sığortası deyil, həm də tibbi sığortaya dəstək üçün ciddi əsasda inkişaf edə bilər".

Qeyd edək ki, "SKOR təkrar sığorta" MMC maliyyə xidmətləri göstərən Fransanın SCOR şirkətlər qrupuna daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti