...

Biləsuvar rayonunun inkişafı üçün investisiya layihələrinin qəbuluna başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2014 14:05 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2014-cü il iyunun 19-da Biləsuvar rayonu ərazisində 4 saylı qəsəbədə 100-ə yaxın sahibkarın iştirakı ilə müvəqqəti məskunlaşmış Cəbrayıldan olan məcburi köçkünlərlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
Biləsuvar rayonunun inkişafı üçün investisiya layihələrinin qəbuluna başlanılıb

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2014-cü il iyunun 19-da Biləsuvar rayonu ərazisində 4 saylı qəsəbədə 100-ə yaxın sahibkarın iştirakı ilə müvəqqəti məskunlaşmış Cəbrayıldan olan məcburi köçkünlərlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işgüzar forum çərçivəsində məcburi köçkünlərlə mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması;
- pendir istehsalı və tikişçilik müəssisələrinin yaradılması;
- kiçik çörək və şirniyyat məhsullarının istehsalı müəssisəsinin yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, bu investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; telefon: (012) 434-74-29, faks: (012) 432-37-17; e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti