...

"TuranBank" dövlət qulluqçularına endirimli istehlak kreditləri təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2014 14:09 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixində imzaladığı sərəncama əsasən, hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.
"TuranBank" dövlət qulluqçularına endirimli istehlak kreditləri təklif edir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixində imzaladığı sərəncama əsasən, hər il iyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.

"TuranBank" dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edərək 23, 24 və 25 iyun tarixlərində onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir. Göstərilən tarixlərdə "TuranBank"ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim "TuranBank"ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Endirim kampaniyası haqqında daha ətraflı məlumatı bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

"TuranBank" müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bank "Gözünüz aydın!" aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kreditlərinin illik faizlərini endirib. Adıçəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz bankın istənilən filialında əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti