...

Rusiyalı nazir: Dünya iqtisadiyyatındakı çətin vəziyyət Azərbaycanla əməkdaşlığa təsir etmədi

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2014 13:33 (UTC +04:00)
Azərbaycan Rusiya üçün xüsusi tərəfdaşdır və dünya iqtisadiyyatındakı çətin vəziyyət iki ölkə arasında ticari-iqtisadi əlaqələrə təsir etmədi.
Rusiyalı nazir: Dünya iqtisadiyyatındakı çətin vəziyyət Azərbaycanla əməkdaşlığa təsir etmədi

Azərbaycan, Qəbələ, 23 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

Azərbaycan Rusiya üçün xüsusi tərəfdaşdır və dünya iqtisadiyyatındakı çətin vəziyyət iki ölkə arasında ticari-iqtisadi əlaqələrə təsir etmədi. Trend-in məlumatına görə, bunu Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev bazar ertəsi Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunda deyib.

İ. Slyunyayev bildirib: "Əsası iki ölkə prezidenti tərəfindən qoyulmuş bu forum dəstək qazandı və regionlarası əlaqələrin inkişafı üçün yaxşı stimula çevrilir".

Nazir qeyd edib ki, iki ölkənin 500-dən artıq şirkəti ikitərəfli əməkdaşlıqda iştirak edir: "Rusiyanın 75 subyekti Azərbaycanla fəal əməkdaşlıq edir".

Onun sözlərinə görə, regionlararası əməkdaşlıq iki ölkənin iqtisadi əlaqələrinin vacib elementidir: "İki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişaf strategiyasını hazırlamaq lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti