...

QSC: Azərbaycan yaxın illərdə metallurgiya məhsullarına daxili tələbatı ödəyə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2014 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan yaxın 3-4 il ərzində metallurgiya məhsullarına daxili tələbatı ödəyə bilər. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda mətbuat konfransında "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin sədri Samir Cəfərov deyib.

Onun sözlərinə görə, hazırda bu, vacib və aktual məsələlərdən biridir.

Azərbaycan il ərzində qonşu ölkələrdən polad və polad məhsulların alınmasına 1,3 milyard dollar xərcləyir. Tədarüklər Ukrayna, Gürcüstan, Rusiya, Qazaxıstan və Türkiyədən həyata keçirilir.

S.Cəfərov qeyd edib ki, Azərbaycanda metal istehsalı heç vaxt həyata keçirilməyib: "Dəmir filizi əvvəllər Gürcüstana tədarük edilirdi. O, burada domen üsulu ilə istehsal olunurdu. Biz Azərbaycanda metal, polad və polad məhsulları istehsalını işə salmağı planlaşdırırıq. Perspektivdə məqsədimiz regional bazarlara da çıxmaqdır".

QSC sədri əlavə edib ki, Gəncə, Daşkəsən və digər rayonlarda minlərlə insanın işləyəcəyi sənaye müəssisələri açılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti