...

Saxta endirimlərə inanmayın!

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2014 17:27 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 154 ünvanında fəaliyyət göstərən “Musa-96” firmasına məxsus mağazada qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların çaşdırılması halları müəyyənləşdirilib.
Saxta endirimlərə inanmayın!

Azərbaycan, Bakı, 30 iyun /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, 154 ünvanında fəaliyyət göstərən "Musa-96" firmasına məxsus mağazada qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların çaşdırılması halları müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, belə ki, satışda olan malların qiymətinə 50% endirim tətbiq edilməsi barədə mağazanın vitrin pəncərəsində reklam yayımlansa da, mağazada satışda olan malların qiymətlərinə endirim tətbiq edilmədiyi aşkar olunub.

Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib.

Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb.

Qanun pozuntusuna yol vermiş "Musa-96" firması barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti