...

200 kq-dan çox istehlaka yararsız ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2014 20:51 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir.
200 kq-dan çox istehlaka yararsız ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 10 iyul /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Binəqədi, Nəsimi, Qaradağ rayonlarında, Sumqayıt, Gəncə, Şəki, Zaqatala, Şirvan, Şabran, Masallı şəhərlərində, eləcə də Kürdəmir, Ağdam rayonlarında aparılan növbəti yoxlamalar zamanı 200 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti