...

Azərbaycan Beynəlxalq Bankı yenidən dünyanın ən iri 1000 bankı sırasında yer alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2014 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Böyük Britaniyanın "The Banker" jurnalının reytinqinə əsasən, Azərbaycan Beynəlxalq Bankı (ABB) dünyanın ən iri və dayanıqlı 1000 bankı siyahısında kapitalın həcminə görə 776-cı yeri alıb. Trend-in məlumatına görə, bu barədə bazaar ertəsi bankdan daxil olan xəbərdə deyilir.

Əvvəlki reytinqlə müqayisədə ABB 134 pillə irəliləyib. Aktivlərin həcminə görə ABB 722-ci, kapitalın yetərliliyi əmsalına görə 546-cı, kapitalın gəlirliliyinə görə 447-ci, aktivlərin gəlirliliyinə görə 520-ci yeri tutub.

"The Banker" jurnalı "The Financial Times" LTD-yə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti