Azərbaycan, Bakı, 4 avqust/Trend/
Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə həyata keçirdiyi "Mən PAŞA Bankın Təqaüdçüsüyəm" adlı təqaüd proqramının seçimləri yekunlaşdı.
Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, "Mən PAŞA Bankın Təqaüdçüsüyəm" layihəsi ATGTİ və PAŞA Bankın birgə həyata keçirilən layihəsi olaraq artıq 3 ildir ki, davam edir. İndiyə qədər təqaüd proqramından 40-a yaxın tələbə yararlanıb. Layihə çərçivəsində keçirilən müsabiqənin qalibi olan 12 tələbəyə 1 il müddətinə hər ay 100 AZN məbləğində təqaüd verilir. Layihədə yalnız ali təhsil müəssisələrinin əyani şöbələrində, iqtisadiyyat və maliyyə ixtisasları üzrə təhsil alan III və IV kurs bakalavr və I kurs magistr tələbələri iştirak edə bilərlər.
Qeyd edək ki, layihədə iştirak üçün tələbələr birinci mərhələdə əvvəlcədən verilmiş mövzulara uyğun ingilis dilində öz araşdırmalarını təqdim etməli idilər və araşdırmaları fərqlənmiş tələbələr, ikinci seçim mərhələsində- müsahibə mərhələsində iştirak şansı qazanıblar. Təqaüd almaq şansı qazanmış tələblərin adlarını təqdim edirik.
1. Firəngiz Ağayeva
2. Aysel Muradlı
3. Aysel Naibova
4. Peykər İbrahimova
5. Maqsud Qubadlı
6. Orxan Rüstəmov
7. Samir Qasımov
8. Səmra Talışinskaya
9. Aygün Səmədova
10. Ramilə Ələsgərova
11. Nigar Cəbrayılova
12. Murad Musayev
PAŞA Bank - Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş Bank, geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və altı filial ilə təmsil olunan PAŞA Bankda 268 əməkdaş çalışır. "Europe Banking Awards" 2011, 2012, 2013 çərçivəsində Bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunmuşdur, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülmüşdür.
PAŞA Bank Azərbaycanın iri investisiya Holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm və eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.