...

"AtaBank" faizsiz istehlak kreditləri təklif dir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Avqust 2014 13:10 (UTC +04:00)
“AtaBank” ASC və “VMF” mağazalar şəbəkəsi birgə “Hər anı dəyərləndirin” layihəsinə start verdi.
"AtaBank" faizsiz istehlak kreditləri təklif dir

Azərbaycan, Bakı, 11 avqust /Trend/

"AtaBank" ASC və "VMF" mağazalar şəbəkəsi birgə "Hər anı dəyərləndirin" layihəsinə start verdi. İndi könül rahatlığı ilə istədiyiniz saatı alın, pulunu ödəmək üçün isə qəti tələsməyin! Çünki AtaBank-ın yeni istehlak krediti ilə "VMF" mağazalar şəbəkəsindən həm arzuladığınız saatı əldə edəcək, həm də pulunu FAİZSİZ şərtlərlə uzun müddət ərzində ödəyə biləcəksiniz! Bu fürsətdən 20 yaşdan 63 yaşa kimi hər bir şəxs faydalana bilər, üstəlik ilkin ödəniş cəmi 20%.

Kreditin müddəti 12 ayadəkdir və borcalan aylıq gəlirinin 6 mislinədək 5000 manatadək məbləğdə kredit əldə edə bilər. Üstəlik faizsiz.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank olmaqdadır. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti