...

Yanvar-iyulda Azərbaycanın sığorta şirkətlərinin yığımlar üzrə ТОР 10-luğu

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2014 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir Zülfiyyə Qurbanova/

Azərbaycan Maliyyə Nazirliyi ölkənin 10 aparıcı sığorta şirkətinin cari ilin yanvar-iyul aylarında fəaliyyətinin yekunlarını açıqlayıb.

Trend-in məlumatına görə, sığorta haqlarının ümumi həcminin təqribən 80 faizi bu şirkətlərin payına düşür.

Bu müddət ərzində Azərbaycanda cəmi 28 sığorta və bir təkrar sığorta şirkəti fəaliyyət göstərib.

Sığorta şirkəti

2014-cü ilin yanvar-iyulunda sığorta haqları, milyon manatla

2013-cü ilin yanvar-iyulunda sığorta haqları, milyon manatla

2014-cü ilin yanvar-iyulunda bazarda yığımların həcmi üzrə pay, faizlə

2013-cü ilin yanvar-iyulunda bazarda yığımların həcmi üzrə pay, faizlə

2014-cü ilin yanvar-iyulunda renkinqdə yeri

2013-cü ilin yanvar-iylunda renkinqdə yeri

"Paşa Sığorta"

33,19

30,85

13,2

13,5

1

1

"Atəşgah Həyat"

25,55

16,26

10,2

16,3

2

6

"Paşa Həyat Sığorta"

25,13

17,98

9,98

7,9

3

5

Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti "Azərsığorta"

23,99

23,79

9,53

10,4

4

3

"AzSığorta"

21,22

25,63

8,43

11,2

5

2

"Atəşgah"

20,68

20,34

8,22

8,9

6

4

"İPƏK YOLU SIĞORTA"

16,33

7,98

6,49

3,5

7

10

"Qala Həyat" Sığorta

12,83

6,43

5,1

2,8

8

21

"AXA MBASK"

10,73

8,8

4,26

3,9

9

8

"Standard Insurance"

9,8

11,08

3,9

4,8

10

7

Cəmi

199,45

169,14

79,2

73,9

-

-

2014-cü ilin yanvar-iyul aylarında yığımların həcminə görə renkinqə "Paşa Sığorta" SŞ başçılıq edib. Onun payına hesabat dövründə sığorta şirkətləri tərəfindən toplanan bütün yığımların ümumi həcminin 13,2 faizindən çoxu düşüb.

Renkinqdə 2-ci və 3-cü yerdə "Atəşgah Həyat" (bazardakı bütün yığımların 10,2 faizi) və "Paşa Həyat Siğorta" (9,98 faiz) qərarlaşıb.

Hesabat dövründə TOP 10-a Azərbaycanda həyat sığortası ilə məşğul olan hər üç şirkət - "Atəşgah Həyat", "Qala Həyat" və "Paşa Həyat" daxil olub.

İlk 7 ay ərzində ölkədə fəaliyyət göstərən şirkətlərin sığorta haqlarının ümumi həcmi 251,71 milyon manat təşkil edib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 9,9 faiz (22,74 milyon manat) çoxdur. Hesabat dövrü ərzində 77,76 milyon manatlıq ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövründən 13,2 faiz (9,08 milyon manat) çoxdur.

Azərbaycan Maliyyə Nazirliyinin hesabatında yeganə təkrar sığorta şirkəti - AzRE-nin fəaliyyət yekunları göstərilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti