...

"Azərbaycan Dəmir Yolları" yeni dərs ilinin başlanmasına hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2014 11:35 (UTC +04:00)
Yeni dərs ilinin başlanması ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC sentyabrın 10-dan sonra yerli istiqamətlərdə hərəkət edən qatarlara əlavə vaqonlar qoşacaq.
"Azərbaycan Dəmir Yolları" yeni dərs ilinin başlanmasına hazırlaşır

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir Emil İsmayılov/

Yeni dərs ilinin başlanması ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC sentyabrın 10-dan sonra yerli istiqamətlərdə hərəkət edən qatarlara əlavə vaqonlar qoşacaq. Bu barədə cümə axşamı Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda QSC yeni dərs ilinin başlanması ilə əlaqədar (15 sentyabr) sərnişin axınının artmasına hazırlıq görür: "Sərnişin axınının çoxalması ilə əlaqədar sentyabrın 10-da regionlardan Bakıya və əks istiqamətdə hərəkət eən bütün reyslər üzrə qatarlara əlavə vaqonların qoşulması planlaşdırılır".

N.Əzməmmədov beynəlxalq reyslərə əlavə vaqonların qoşulmasının mümkünlüyünə dair suala cavab verərkən belə zərurətin olmadığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti