...

Bu gün layihə menecerləri beynəlxalq standartlardan effektiv istifadə edirlər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2014 09:30 (UTC +04:00)
Bu gün layihə menecerləri beynəlxalq standartlardan effektiv istifadə edirlər. 75%-dən artıq respondent bu bacarıqları gündəlik təcrübədə istifadə edir (IPMA Survey Result 2014).
Bu gün layihə menecerləri beynəlxalq standartlardan effektiv istifadə edirlər (FOTO)

Bu gün layihə menecerləri beynəlxalq standartlardan effektiv istifadə edirlər. 75%-dən artıq respondent bu bacarıqları gündəlik təcrübədə istifadə edir (IPMA Survey Result 2014).

Azərbaycan menecerlərini ən yaxşı dünya nümunələri ilə tanış etmək məqsədilə 2-3 oktyabr 2014-cü il tarixində Bakıda "Layihələrin idarə edilməsi təcrübəsi: müasir alətlər və trendlər" mövzusunda innovativ beynəlxalq təlim keçiriləcək.

Bu təlimin keçirilməsi üçün Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası ekspert, məsləhətçi və beynəlxalq standartlar əsasında IPMA Level A sertifikatlaşdırılmış layihələr direktoru olan Dmitri Lukyanovu (Ukrayna) dəvət edib.

Bu təlimdə iştirakçılar layihələrin idarə edilməsində innovativ yanaşmalar və strategiyalar haqqında məlumat əldə edəcək, həmçinin dünyanın 58 ölkəsində 200 min sertifikatlaşdırılmış menecer tərəfindən istifadə edilən praktiki alətlərlə tanış olacaqlar. Bu təlim layihələrin idarə edilməsinin keyfiyyəti barədə fikirlərinizi dəyişəcək.

Nəticədə iştirakçılar nə əldə edəcəklər?

  • Layihələrin idarə edilməsi üzrə 3 əsas dünya trendi: layihələrin strateji planlaşdırılması, layihələrin idarə edilməsi ofisi, təşkilatın yetkinlik dərəcəsi haqqında öyrənəcəklər;
  • 5 praktik alətlər və iş metodikası əldə edəcək və artıq sabahı gün onların üzərində işləməyə başlayacaqlar;
  • IPMA Competence Baseline üzrə layihələrin idarə edilməsi beynəlxalq standartlarının əsas kompetensiyalarına yiyələnə biləcəklər;
  • Şirkətin müvəffəqiyyətini və rəqabətliliyini artırmaq üçün layihələrin idarə edilməsi sahəsi üzrə müasir effektiv bilik və bacarıqları inkişaf etdirəcəklər;
  • İş sahəsi üzrə həmkarlarla yeni tanışlıq və təcrübə mübadiləsi əldə edəcəklər.

Prof. İqbal Babayev, AzPMA-nın prezidenti, IPMA-nın birinci asessoru bildirib:

"Layihə nədir? Hər bir Azərbaycan meneceri bilməli və anlamalıdır ki, bu nə ev, nə də çertyoj deyil, tələb olunan nəticələrə yönələn işlər kompleksi və alətlərdir. Bu təlimdə Siz nəticələrinizi yaxşılaşdırmaq, layihələri zamanında yerinə yetirmək və bununla belə, riskləri nəzərə almaq və nəzərdə tutulmayan xərcləri azaltmaq kimi bütün zəruri praktiki alətlərə yiyələnəcəksiniz".

XÜSUSİ BONUS!!!

İştirakçılar tərəfindən seçilmiş biznes-keys üzərində praktiki konsaltinq.

Təlimin proqramı, təlimçi haqqında məlumat, təlimin məbləği və güzəştlər haqqında məlumatlar http://ipma.az/ saytında yerləşdirilib

Ətraflı məlumat: [email protected]; +99-412-497-13-57; +99-055-511-95-98

Qeydiyyat 26 sentyabr tarixinədək açıqdır. 15 sentyabr tarixinədək qeydiyyatdan keçənlərə güzəşt olacaq.

Bizə qoşulun:
www.facebook.com/ipma.az
linkedin.com
www.ipma.az

AzPMA Azərbaycanda International Project Management Association (IPMA) -nın Milli Assosiasiyası və eyni zamanda beynəlxalq sertifikatlaşdırma üzrə yeganə rəsmi orqanıdır.
AzPMA - ictimai təşkilatdır- intellektual xidmətlər bazarında layihələrin idarə edilməsi və təşkilatın inkişaf etdirilməsi üzrə müasir texnologiyalar sahəsində fəal mövqe tutur. 1999-cu ildə Bakıda təsis edilmişdir və 15-illik tarixi ərzində uğurlu layihələrə imza atmışdır.

AzPMA bugünədək 150-dən artıq yerli və beynəlxalq təlimlər təşkil etmiş və ölkənin 80-dən artıq inkişaf etmiş şirkət və müəssisələrinin 2000-dən artıq Layihə Menecerini təlimləndirmişdir. Artıq bugün Azərbaycanda 202 peşəkar IPMA-nın beynəlxalq Layihə Meneceri statusunu almışdır. Onların adı beynəlxalqmilli sertifikatlaşdırılmış Layihə Menecerləri reyestrində qeydiyyatdan keçmişdir.

AzPMA-nın əsas fəaliyyət istiqamətləri: layihə menecerləri üçün sеrtifikatlaşdırma, tədrisüzvlük klubunda təcrübə mübadiləsi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti