Azərbaycan, Bakı, 15 sentyabr /Trend/
Azərbaycanda Kapital bazarlarının inkişafı istiqamətində atılan növbəti addım, InvestAZ şirkəti tərəfindən hazırlanan yeni www.foreks.az portalı oldu.
Şirkətdən Trend-ə verilən məlumata görə, yeni portal əvvəlkindən daha sadə və eyni zamanda rahat olması ilə fərqlənir. Portalın strukturu və bölmələrinin təşkili yenidən dizayn olunub.
Hərəkətli dizayn prinsipinə müvafiq hazırlanmış portalın yuxarı panelindəki elementlər, FOREX-in müxtəlif sahələrini simvolizə edir. Sahənin daha gəlirli olmasını əyani olaraq nümayiş etdirmək üçün istifadəçilərə PULSUZ TƏLİM HESABı, sərbəst vəsaitlərini birjalarda dəyərləndirərək daha çox gəlir əldə etmək istəyənlər üçün isə REAL HESAB bölmələri yaradılmışdır.
İstifadəçilərin sahə haqqında geniş məlumat alması, ticarət platformalarını pulsuz olaraq yükləməsi və qarşılaşa biləcəkləri terminlərin izahını tapması üçün ayrıca FOREX bölməsi yaradılmışdır.
Portalda bu sahədə bilik və təcrübəyə yiyələnmək istəyənlər üçün TƏDRİS bölməsi fəaliyyət göstərir ki, həmin bölməyə daxil olaraq istifadəçilər, istər qeydiyyatdan keçib PULSUZ Başlanğıc Seminarda iştirak edə bilərlər, istərsə də InvestAZ şirkətinin təqdim etdiyi peşəkar tədris proqramlarına yazıla bilərlər.
Portal istifadəçiləri həmçinin maliyyə bazarları üzrə nəzəri və praktiki biliklərini təkmilləşdirmək məqsədi ilə YARIŞMA-da iştirak edə bilərlər. Ümumi uduş fondu 3500$ olan yarışmada 1-ci yerin qalibinə 2000$, 2-ci yerin qalibinə 1000$, 3-cü yerin qalibinə isə 500$ məbləğində real hesab mükafatı veriləcək.
Şirkət istifadəçilərin yarana biləcək suallarını cavablandırmaq üçün Canlı Dəstək və Sizə Zəng Edək funksiyalarını da əlavə etmişdir. Hazırkı portal, FOREX portallarına qoyulan ən müasir tələblərə cavab verir.
Qeyd edək ki, InvestAZ şirkəti Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən broker, diler və aktivlərin idarə olunması fəaliyyəti üzrə lisenziyalara malik investisiya şirkətidir. Şirkət eyni zamanda Türkiyə Respublikasında da tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən eyni adlı qurumla təmsil olunur. Şirkət, Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.