...

Ruslar Azərbaycanda kombayn yığa bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2014 10:50 (UTC +04:00)
Rusiyanın “Rostselmaş” kombayn zavodu Azərbaycanın maşınqayırma müəssisələrinin bazasında taxılyığan və yem yığımı kombaynlarının birgə yığım istehsalının təşkili məsələsini öyrənəcək.
Ruslar Azərbaycanda kombayn yığa bilərlər

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Rusiyanın "Rostselmaş" kombayn zavodu Azərbaycanın maşınqayırma müəssisələrinin bazasında taxılyığan və yem yığımı kombaynlarının birgə yığım istehsalının təşkili məsələsini öyrənəcək. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı "Kommersant" qəzeti yazıb.

Bu imkan bazar ertəsi Bakıda imzalanmış Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının 14-cü iclasının protokolunda nəzərdə tutulub.

Komissiya zavoda Rusiyanın Sənaye və Energetika Nazirliyi və Azərbaycanın Kənd Təsərrüfatı, İqtisadiyyat və Sənaye nazirlikləri ilə birlikdə bu məsələni öyrənməyi tapşırıb.

Bundan başqa, Azərbaycanın və Rusiyanın Kənd Təsərrüfatı nazirlikləri aqrar sənaye kompleksləri sahəsində əməkdaşlıq üzrə və kənd təsərrüfatı məhsullarının ixracı məsələləri üzrə işçi qrup yaradacaqlar. Tərəflərə işgüzar dairələri cəlb etməklə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının çatdırılmasının artırılmasına baxılması və bu prosesə yardım üçün operativ tədbirlər görülməsi tapşırılıb.

"Rostselmaş" ASC-nin iqtisadi məsələlər üzrə direktoru Aleksandr Tokmakov məlumat verib ki, Azərbaycanın maşınqayırma müəssisələrinin bazasında taxılyığan və yem yığımı kombaynlarının birgə yığım istehsalının təşkili məsələsinə bu ilin yayından baxılır. Onun sözlərinə görə, zavod Azərbaycana buraxılan məhsulun bütün nomenklaturasını təqdim edən texnikanın quraşdırılması üçün maşın dəstlərini çatdırmağı planlaşdırır: "Belə təcrübə, misal üçün, artıq Qazaxıstanla mövcuddur".

Yaxın zamanlarda Azərbaycan tərəfi gələcək birgə müəssisənin meydançasının müəyyən etməlidir.

Tokmakov bildirib: "Ola bilsin ki, bu, bir deyil, bir neçə maşınqayırma zavodu olsun. Bu, perspektivdə lokallaşdırma proqramı çərçivəsində Rusiyadan komplektləşdiricilərin idxalını azaltmaq və Azərbaycanda onların istehsalını qaydaya salmaqdan ötrü lazımdır. İndi biz zavodun tikintisi üçün sənaye meydançası üzrə təklif gözləyirik".

Onun sözlərinə görə, Azərbaycanda kombaynlarını yığılması və buraxılışı 2015-ci ilin yayına planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti