...

"TuranBank" prokurorluq işçilərinə endirimlə istehlak kreditləri təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2014 19:51 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin prokurorluq orqanlarının fəaliyyətə başladığı gün - oktyabr ayının 1-i ölkəmizdə Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
"TuranBank" prokurorluq işçilərinə endirimlə istehlak kreditləri təklif edir

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin prokurorluq orqanlarının fəaliyyətə başladığı gün - oktyabr ayının 1-i ölkəmizdə Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

"TuranBank" prokurorluq orqanlarının əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edərək 1-3 oktyabr tarixləri aralığında onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.

Bankdan Trend-ə verilən məlumata görə, göstərilən tarixlərdə "TuranBank"ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim "TuranBank"ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Endirim kampaniyası haqqında daha ətraflı məlumatı bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti