Azərbaycan, Bakı, 3 oktyabr /Trend/
"TuranBank" ASC 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə ölkənin orta və ali təhsil ocaqlarının pedaqoji kollektivlərini təbrik edərək onlar üçün 8, 9 və 10 oktyabr tarixləri aralığında bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.
Bankdan Trend-ə verilən məlumata görə, göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.
Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.
Endirim kampaniyası haqqında daha ətraflı məlumatı bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.
Bankın digər "Pullarınız yerində saymasın" şüarı altında keçirilən yeni əmanət kampaniyası yeni müştərilərin depozitlərini daha gəlirli edir. Cari ilin sonunacan davam edəcək aksiya zamanı bankın "Sirlər Xəzinəsi" məhsulları içərisində ən gəlirli əmanət növü olan Xəzinə depozitinə yerləşdirilən vəsaitlər öz sahibinə illik 14,5% gəlir gətirəcək.